Metrodan internetə daxil olan Nar Mobile abunəçilərinə xoş xəbər

İQTİSADİYYAT
19:30 12.04.2012
2329
Nar Mobile abunəçiləri metro stansiyalarında mobil rabitəxidmətindən istifadə edəcəklərNar Mobile artıq metropolitenin stansiyalarında abunəçilərinə rabitə xidmətlərinin tam çeşidini göstərəcəyini elan edir. Xidmətə səsli və mətnli danışıq rabitəsi, məlumatların ötürülməsi və internetə daxil olma kimi digər funksiyalar daxildir. Bir neçə gün öncə Nar Mobile “Sahil”, “Nəsimi”, “28 may”, “Memar Əcəmi”, “Azadlıq” və “Dərnəgül” metro stansiyalarında mobil rabitə xidmətlərindən istifadənin mümkün olduğunu ictimaiyətə çatdırmışdır. “Bu gün mənim üçün bu xəbəri elan etmək çox xoşdur və inanıram ki, bu xəbər abunəçilərimiz tərəfindən sevinc hissi ilə qarşılanacaqdır. Bu yaxınlarda Nar Mobile abunəçiləri rabitə xidmətlərinin tam çeşidindən Bakının bütün metro stansiyalarında yararlana biləcəklər. Artıq bəzi stansiyalarda abunəçilərimiz bu xidmətlərdən istifadə edə bilərlər. Nar Mobile-ın hazırki, texniki bazası bizə imkan verir ki, yaxın zamanlarda bütün stansiyalarda tam mobil rabitə xidməti göstərək. Bu isə, öz növbəsində abunəçilərimizin mobil xidmətlərdən istifadə radiusunu genişləndirəcək və rahatlaşdıracaq. Hər zaman olduğu kimi, bu ildə Nar Mobile mobil operatoru bir çox yeniliklərə imza atmaq niyyətindədir. Sonuncu nailiyyətlərimiz bu siyasətin davamıdır.” – deyə Azerfon şirkətinin Biznesin İnkişafı və Kommunikasiyalar üzrə İcraçı Direktoru Leyla Nəsrullayeva bildirmişdir.Qeyd edək ki, Nar Mobile-in təqdim etdiyi mobil xidmətdən yalnız stansiyalarda deyil, həmçinin tunellərdə belə istifadə etmək mümkün olacaq. Hazırda operator 14,4 mbps sürəti ilə 3G mobil rabitə xidməti göstərir. Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir

OXŞAR XƏBƏRLƏR