Metronun iş rejimi dəyişdiriləcək

Metronun iş rejimi dəyişdiriləcək
SOSİAL
13:14 07.11.2026
69
0:00 / 0:00

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək. "İçərişəhər”, "Sahil” və "28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək, həmçinin "İçərişəhər-Həzi Aslanov” və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə - 3 dəqiqə aralığında olacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Bənövşəyi xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud qrafik saxlanılacaq.
OXŞAR XƏBƏRLƏR