Məvacibləri ilə təəccübləndirən futbolçular - SİYAHI

Məvacibləri ilə təəccübləndirən futbolçular -  SİYAHI
TOP4
23:08 25.11.2018
3274
Futbolçular təkcə oynadıqları oyunla deyil, həm də aldıqları məvaciblə diqqət mərkəzinə düşürlər.

AZXEBER.COM Publika.az-a istinadən sizə Avropada forma geyinən və aldıqları yüksək məvaciblə təəccüb doğuran 10 futbolçunun siyahısını təqdim edir:

10. Aleksis Sançes (Mançester Yunayted) - 19 milyon avro
Son dövrlərdə elə də uğurlu çıxış etməyən Sançes, qazandığı illik 19 milyon avro ilə Avropada ən çox məvacib alan futbolçulardan biridir.

9. Anxel Di Mariya (PSJ) - 8 milyon
PSJ-də forma geyinən argentinalı futbolçu ildə 8 milyon avro qazanır.

8. Mario Mancukiç (Yuventus) - 5 milyon
"Qoca sinyora”nın 32 yaşlı forvardı 5 milyon avro məvacib alır.

7. Joao Mario (İnter) - 3 milyon
Bu mövsüm A Seriyası oyunlarında çox az iştirak edən Mario, "İnter”də 3 milyon avro qazanır.

6. Riçarlison (Everton) - 8 milyon
"Everton”un heyətində ilk mövsümündə ən çox qazanan futbolçu olan Riçarlison, 8 milyon avro məvacib əldə edir.

5. Sesk Fabreqas (Çelsi) - 12 milyon
Eden Hazardla birlikdə "zadəganlar”ın ən çox qazanan futbolçularından olan 31 yaşlı Fabreqas, ildə 12 milyon avro qazanır.

4. Marko Verratti (PSJ) - 8 milyon
Cəlbedici təkliflərə baxmayaraq, PSJ-də qalmağı üstün tutan Verratti, ildə 8 milyon avro qazanır.

3. Dieqo Koşta (Atletiko) - 9 milyon
Yanvar ayında "Çelsi”dən "Atletiko”ya qayıdan 30 yaşlı hücumçunun illik məvacibi 9 milyon avrodur.

2. Radamel Falkao (Monako) - 15 milyon
"Monako”nun 32 yaşlı hücumçusu ildə 15 milyon avro əldə edir.

1. David de Xea (Mançester Yunayted) - 13,5 milyon
Son illərdə Avropa futboluna damğa vuran qapıçı 13,5 milyon avroyla digər qolkiperlərlə müqayisədə daha çox qazanır.
OXŞAR XƏBƏRLƏR