Məxfi həbsxana: işgəncə ilə öldürülənlərin qanı su yerinə axır...

Məxfi həbsxana: işgəncə ilə öldürülənlərin qanı su yerinə axır...
DÜNYA
00:04 10.12.2018
12717
Afrika ölkəsi Burundidə rejim əleydarlarının saxlanıldığı məxfi həbsxanada dustaqlar işgəncə ilə öldürülüb, onların qanı sözün əsl mənasında su yerinə axıb.

AZXEBER. COM virtualaz.org-a istinadən bildirir ki,məxfi həbsxananın yanından keçən arxda qana oxşayan al qırmızı mayenin axdığını əks etdirən şok video hələ 2016-cı ildə internetdə yayılmışdı. Həmin vaxt belə versiyalar var idi ki, bu kadrlardakı binanın divarları arasında rejimin əleydarlarını işgəncə ilə öldürürlər. Və indi BBC jurnalistləri həmin versiyanı təsdiqləyən şahidləri tapa biliblər.

Burundidə insanlar 2015-ci ildə prezident Pyer Nkurunzizanın üçüncü dəfə namizədliyini irəli sürməsinə etiraz olaraq küçələrə çıxmışdılar. Bu zaman rejim qüvvələri etirazçılara qarşı silah işlədib, yzlərlə adam öldürülüb, qalanları həbsə atılıb. Nkurunziza isə yenə də hakimiyyətdə qalıb.

Jurnalistlər həmin hadisələr zamanı həbs edilənlərdən birini tapıblar. Familiyasını gizli saxlamağı xahiş edən Pyer adlı həmin burundili deyib ki, o etirazlar zamanı təhlükəsizlik qüvvələrinin əlinə keçib və dəhşətli işgəncələrin şahidi olub. Onun sözlərinə görə, insanlar qaçmaq istəyəndə mühafizəçilər qışqırırdı: "Tutun o köpəkləri!"

Dustaqları tutandan sonra onları otaqlardan birinə aparırdılar, orada dustaqlar elə dəhşətli şəildə qışqırırdılar ki, sanki onları öldürürdülər. Və bundan sonra onları heç kim görmürdü. "Fikrimcə onları doğrudan da öldürürdülər"-həmin şəxs də

Məlum olub ki, suya qarışmış qanın axdığı drenaj məxfi həbsxananın hamam otağı ilə əlaqəli olub.

Pyer Nkruinziza 2005-ci ilin avqustundan Burundi prezidenti və "Demokratiyanın müdafiəsi naminə Milli Konqres-demokratiyanı müdafiə qoşunları"nın lideridir. Bu partiya xutu qəbiləsinin üsyançı qruplaşmalarının bazasında yaradılıb.

Burundi konstitusiyasına görə bu ölkədə bir adam ən çoxu iki dəfə prezident seçilə bilər. Amma Nkurinziza 2015-ci ildə iki prezidentlik müddətini başa vurandan sonra üçüncü dəfə namizədliyini irəli sürüb. Onun tərəfdarları iddia ediblər ki, Nkurunziza daha bir müddət prezident seçilmək haqqına malikdir, çünki 2005-ci ildə ümumxalq səsverməsi ilə seçilməmişdi. Onu prezident vəzifəsinə parlament təyin etmişdi.

Müxalifət isə Nkurinzizanın üçüncü dəfə namizədliyini irəli sürməsini 12 il davam edən, 300 mindən çox insanın ölümünə səbəb olan vətəndaş müharibəsinə son qoyan sülh razılaşmasının pozulması kimi qiymətləndirdi və öz tərəfdarlarını küçələrə çıxardı. Lakin Nkrunzizanın rejimi kütləvi etirazları qanla boğdu.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir