Meyiti atasının evinin qarajında tapıldı

Meyiti atasının evinin qarajında tapıldı
SOSİAL
16:06 12.05.2026
266
Saatlı rayonunda qarajdan meyit tapılıb.

AZXEBER.COM xəbər verir ki, hadisə mayın 11-i saat 14 radələrində Saatlı şəhərində baş verib.

1978-ci il təvəllüdlü Kamil Cəmil oğlu Əliyevin meyiti atasına məxsus evin həyətindəki qarajda aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
///"Qafqazinfo” 
OXŞAR XƏBƏRLƏR