Afrikada sürətlə yayılan meymun çiçəyi virusu əhalidə təşviş yaradıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, durmadan tüğyan edən virusun simptonları açıqlanıb.
Virusun simptomları 21 gün ərzində yüksək hərarət, səpki, baş, bel və əzələ ağrısı kimi əlamətlərlə özünü göstərir.
Ağır hallarda virus daxili orqanlara keçib, sinir sistemi və qara ciyərə zərər verir. Təmas yolu ilə yayılan xəstəlik heyvanlardan da insana keçə bilər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə vəziyyət elan etdiyi virusa indiyədək 75 ölkədə 16 mindən çox insan yoluxub, 156 nəfər isə həyatını itirib.
Cəmalə