Meymunçiçəyi ilə mübarizədə yeni addım: Səyahət planları aşağı kateqoriyaya salındı

Meymunçiçəyi ilə mübarizədə yeni addım: Səyahət planları aşağı kateqoriyaya salındı
DÜNYA
11:56 08.06.2022
561
Meymunçiçəyi virusu ilə mübarizədə yeni qərar verilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) meymunçiçəyi virusunun yayılmasına qarşı yeni qərar verib.

Belə ki, CDC-nin verdiyi açıqlamada səyahət edəcək vətəndaşlar üçün meymunçiçəyi virusunun yayılmasına qarşı xəbərdarlıq səviyyəsinin 2-yə qaldırıldığı bildirilib.
 
Bu kontekstdə qabaqcıl tədbirlərin görülməsi tövsiyə olunub.

CDC epidemiyalara qarşı 3 növ səyahət xəbərdarlığı edib.
 
1-ci səviyyədə adi ehtiyat tədbirlərini tətbiq etmək, 2-ci səviyyədə mütərəqqi ehtiyat tədbirlərini tətbiq etmək, 3-cü səviyyədə isə vətəndaşlardan vacib olmayan səyahətlərdən çəkinmək xahiş olunub.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR