Meymunçiçəyi virusundan qorunmaq üçün bunlara diqqət edin - Xəbərdarlıq

Meymunçiçəyi virusundan qorunmaq üçün bunlara diqqət edin - Xəbərdarlıq
SAĞLAMLIQ
12:08 31.05.2022
723
"Bu yeni virusun (Monkeypox) mutasiyaya uğraması ehtimalı azdır".

AZXEBER.COM xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev deyib.

O bildirib ki, meymunçiçəyinin pandemiyaya çevrilmək ehtimalı azdır:

"Meymunçiçəyi virusu ilk dəfə Afrikada tapılıb və ilk orada yayılıb. Əgər çox yayılma ehtimalı olsaydı antisanitarik və şəxsi gigiyena qaydalarına daha az əməl edən Afrika əhalisi arasında daha çox yayılardı. 

Bəs pandemiyaya çevrilmək ehtimalı niyə azdır?

I. İnkubasion və prodromal dövrdə, yəni xəstəlik əlamətləri olmayan və az olan şəxslər demək olar ki, yoluxdurucu deyil.

II. Hava-damcı yolu ilə az yoluxur.

III. Təbii çiçək virusuna qarşı vaksin edilmiş şəxslər meymunçiçəyindən 85 % sığortalanıb, yəni 1980-ci ilə qədər təbii çiçək virusuna qarşı peyvənd edilmiş şəxslər yoluxmayacaq və yoluxduğu halda yüngül keçirəcək.

Suçiçəyinə qarşı peyvənd və suçiçəyi keçirmiş şəxslərdə yaranan immunitet meymunçiçəyinə qarşı keçərli deyil. Çünki suçiçəyi virusu herpes viruslarına, meymunçiçəyi virusu isə poxovirus ailəsinə aiddir. 

Suçiçəyi və meymunçiçəyi xəstəliyinin əsas fərqləndirici əlamətləri bunlardır: meymunçiçəyi xəstəliyində limfa düyünləri böyüyür, ovuc və ayaqaltı səthlərində səpgilər olur, suçiçəyində isə bu əlamətlər olmur və ya çox az olur.


Bir çox suçiçəyinə yoluxmuş xəstələr onlarda meymunçiçəyinin olmasından şübhələnirlər və bu başa düşüləndir. Çünki hazırda ölkəmizdə suçiçəyi virusu da çox yayılıb. Bunun əsas səbəbi ölkəmizdə suçiçəyi virusuna qarşı peyvəndləmənin dövlət proqramına daxil edilməməsidir və bu çox təəssüfedici bir haldır. Yəni suçiçəyinə qarşı peyvəndləmənin dövlət proqramına daxil edilməməsi və hazırda bu peyvəndin ölkəmizdə olmaması insanlarda haqlı olaraq panika yaradır.

Meymunçiçəyi virusuna yoluxma əsasən kontakt yolu ilə, yəni xəstə insanla və ya heyvanla bədən və ya onların əşyalarına təmas yolu ilə, orqanizmdən xaric olan bütün ifrazat yolu ilə, virusun mövcud olduğu əşyalara təmas yolu ilə və hətta cinsi əlaqə yolu ilə ola bilər.

Hava-damcı yolu ilə yoluxma nisbətən azdır, çünki COVİD-dəki kimi kiçik hava-damcı hissəcikləri ilə yoluxma olmur, böyük hava-damcı hissəcikləri ilə yoluxma olur ki, bunun üçün də xəstə insan və ya heyvanla yaxın təmas-öpüşmə, qucaqlaşma və onların əşyalarına və yatağına təmas yolu ilə olur. Əşyalara təmas yolu ilə yoluxmanın əsas səbəbi bu virusun cansız mühitdə uzun müddət yaşama qabiliyyətinin olmasıdır.

Kliniki əlamətlər təzahür edən şəxslər, yəni qızdırma, başağrısı, əzələ ağrıları, dəri səpgiləri və s. oxşar şikayətləri olan şəxslər özlərini təcrid etməli və heç kimlə hər hansı fiziki təmas etməməlidir.

Yoluxan şəxslər "tecovirimat" (tekovirimat) preparatından istifadə edə bilər, bu preparatın meymunçiçəyi virusuna qarşı effektli təsiri sübut edilib. Ayrıca meymunçiçəyi virusuna qarşı da peyvənd mövcuddur. Əgər pandemiya təhlükəsi olarsa bu peyvəndin geniş istehsalı olacaq. Əndişəyə heç bir əsas yoxdur.

Qorxub, stres keçirməyə heç bir əsas yoxdur. Hazırda yayılmış olan meymunçiçəyi virusunun qərbi Afrika variantı daha yüngül keçirilir, 99 % hallarda sağalma ilə nəticələnir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda