Meymunçiçəyinin suçiçəyindən fərqli xüsusiyyətləri açıqlandı

Meymunçiçəyinin suçiçəyindən fərqli xüsusiyyətləri açıqlandı
SAĞLAMLIQ
15:25 11.06.2022
538
Meymunçiçəyi virusu bəzi ölkələrdə yayılmaqda davam edir. Son günlərdə xüsusilə uşaqlar arasında suçiçəyinin yayılması müəyyən narahatlıq yaradır, çünki "meymunçiçəyi” virusunun əlamətləri bu xəstəliklə eynidir.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva sözügedən xəstəliyin xarakterik xüsusiyyətlərini açıqlayıb:

"Bütün virus xəstəlikləri üçün xarakterik olan yorğunluq, başağrısı, əzələ ağrısı ilə yanaşı, meymunçiçəyində limfa düyünlərinin şişməsi də müşahidə olunur. Suçiçəyində isə bu hala rast gəlinmir. Səpgilər biri-birinə çox bənzəyir, lakin meymunçiçəyində bir qədər fərqlənir. 7-14 gün davam edən inkubasion dövrdən sonra əlamətlər meydana çıxır. Əlamətlər yaranandan iki-üç sonra səpgilər əmələ gəlir. Əvvəlcə mokulyar, sonra isə vezukulyar, yəni içərisi maye olan səpgilərə keçir”.

Ölkəmizdə meymunçiçəyinə yoluxma faktı qeydə alınmasa da, qabaqcadan tədbirli olmağın çox böyük faydası var. Səhiyyə Nazirliyi meymunçiçəyini müəyyən edən testlərin əldə edilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib. "Diaqnoz qoyulması üçün meymunçiçəyi səpgilərindən alınan yaxmalardan həm PZR, həm də seroloji analizlərində istifadə oluna bilər. Xəstəliyə bu iki üsuldan biri ilə asanlıqla diaqnoz qoymaq mümkündür”, - deyə həkim-infeksionist bildirib.

Həkimlərin qənaətinə əsasən, xəstəliyin epidemiyaya çevrilmək riski azdır.

"Meymunçiçəyi xəstəliyində 2-4 həftədə öz-özündən yaxşılaşma olur. Lakin bəzən ağırlaşmalar da ola bilər. Məsələn, pnevmoniya, ağciyər və beyin iltihabı kimi ağırlaşmalara da səbəb ola bilər. Pandemiya kimi yayılma sürəti daha zəifdir. Yoluxma üçün yaxın təmasın olması lazımdır. Meymunçiçəyində qapanmalar gözlənilmir”, – deyə M.Abdullayeva əlavə edib.

Qeyd edək ki, xəstəliyin ilkin əlamətləri dəridə səpgi, yüksək hərarət, başağrıları, yorğunluq və ürəkbulanmadır. Ölüm riski az olsa da, erkən diaqnoz və müalicə əhəmiyyətlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO