“Meyxana qalmaqalla yox, sözün çəkisi ilə yadda qalmalıdır” – Sənətşünas

“Meyxana qalmaqalla yox, sözün çəkisi ilə yadda qalmalıdır” – Sənətşünas
SOSİAL
11:57 17.09.2026
667

Son vaxtlar toy məclislərində təşkil olunan meyxana məclisləri zamanı yaşanan gərginlik və insidentlər sosial şəbəkələrdə müzakirələrə səbəb olur. 

Meyxanaçıların deyişməsi zamanı söz atışmasının bəzən təhqirə, qarşılıqlı gərginliyə və hətta əlbəyaxa davaya çevilməsi diqqət çəkir.

Ötən gün meyxanaçı Balaəlinin həmkarı Xosrov Maştağalıya butulka atması ilə bağlı görüntülərin yayılması da bu mövzunu yenidən gündəmə gətirib. 

Meyxananın əsas xüsusiyyətlərindən biri improvizasiya, hazırcavablıq və sözlə rəqabət olsa da, bəzi hallarda bu sərhədlərin aşılması toy məclislərində xoşagəlməz vəziyyətlərin yaranmasına gətirib çıxarır. 

Baş verən hadisələrin sosial şəbəkələrdə geniş yayılması isə meyxana məclislərində davranış qaydaları, sənət və əyləncə arasındakı sərhədlərlə bağlı suallar yaradır. 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan sənətşünas, Xpress.az saytının təsisçisi Xəyalə Rəis bildirib ki, meyxananın gücü təhqirdə deyil, sözdədir:

"Meyxana bizim söz mədəniyyətimizin bir parçasıdır. Son vaxtlar bəzi toy məclislərində meyxana adı altında baş verənlərə artıq sadəcə "deyişmə” demək çətindir. Deyişmək başqa şeydir, bir-birini təhqir etmək, ailəni, şəxsi həyatı ortaya atmaq, qarşı tərəfi alçaltmaq və məclisi gərginliyə sürükləmək tamam başqa. Meyxananın gücü söyüşdə deyil, sözdədir. Əsl meyxanaçı qarşısındakını təhqir etmədən də ona cavab verə bilməlidir. Əgər bir insanın söz ehtiyatı yalnız qarşı tərəfin şəxsiyyətinə, ailəsinə və şəxsi həyatına toxunmaqdan ibarətdirsə, burada artıq sənətdən söhbət belə gedə bilməz. 

Bəzən "toyda belə şeylər olar”, "deyişmədir də, nə desin?” kimi yanaşmalar eşidirik. Mən bununla razı deyiləm. Toy məclisi meyxanaçı üçün qaydaların tamamilə aradan qalxdığı bir məkan deyil. Əksinə, orada onun məsuliyyəti daha böyükdür. Çünki qarşısında təkcə deyişdiyi adam yox, yüzlərlə insan dayanır. Uşaqlar da baxır, gənclər də, ailələr də”.


Sənətşünas qeyd edib ki, bəzi hallarda insanların diqqəti artıq meyxananın özündən çox, məclisdə yaranan qalmaqala yönəlir:

"Ən narahatedici məqam odur ki, bəzi hallarda insanlar artıq meyxananın özünü yox, qalmaqalı gözləyirlər. Kim kimi tutacaq, kim kimi biabır edəcək, kim daha ağır söz deyəcək... Bu, söz sənətinin inkişafı deyil. Bu, meyxananı tədricən öz mahiyyətindən uzaqlaşdırmaqdır.

Məncə, burada meyxanaçıların özləri də məsuliyyət daşıyırlar. Sənətçinin auditoriyaya təsiri var və o, bu təsirin fərqində olmalıdır. "Mən sadəcə meyxana deyirəm” deyib məsuliyyətdən kənarda qalmaq düzgün deyil. Sözün də sərhədi, zarafatın da həddi var. Əlbəttə, meyxanaya senzura gətirmək, hər misranı qaydaya salmaq fikrində deyiləm. Amma etik sərhəd mütləq olmalıdır. Təhqir, söyüş, ailə üzərindən hücum və qarşıdurmanı qızışdırmaq "azad yaradıcılıq” adı ilə müdafiə ediləcək məsələ deyil. Əsl ustalıq qarşı tərəfi söndürmək üçün onun zəif yerini tapmaq deyil. Çünki meyxanaçı söz adamıdır. Söz adamının isə ən böyük silahı təhqir yox, istedaddır. Əgər meyxananı həqiqətən qorumaq istəyiriksə, əvvəlcə onun adından istifadə edərək sənəti gözdən salan davranışlara "normaldır” deməyi dayandırmalıyıq. Meyxana qalmaqalla yox, sözün çəkisi ilə yadda qalmalıdır”. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
22:19 07.11.2026
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
20:36 07.11.2026
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
20:27 07.11.2026
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
20:14 07.11.2026
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
20:09 07.11.2026
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb