Meyxanaçı Ağakərimə ağır itki üz verib.
AZXEBER.COM xəbər verir ki, bu haqda BAKU.WS-ə danışan Ağakərimin bacısı oğlu Rüstəm dayısının - meyxanaçının qardaşının uzun müddətdir xəstə yatdığını bildirib:
"Dayım şəkər xəstəsi idi. İki il idi ki, xəstə yatırdı. Əvvəl onun ayaqlarını kəsdilər. Daha sonra böyrəkləri işləmədi, həftədə bir neçə dəfə dializə gedib-gəlirdi. Müalicənin köməyi olmadı və vəfat etdi”.
Qeyd edək ki, Ağakərimin qardaşı yaşca ondan kiçidir.