Meyxanaçı Ağamirzə özü üçün hazırlatdırdığı qəbri ziyarət edib - VİDEO

Meyxanaçı Ağamirzə özü üçün hazırlatdırdığı qəbri ziyarət edib - VİDEO
MAQAZİN
13:07 25.06.2023
750
Meyxanaçı Ağamirzə Məmmədov hər kəsi təəccübləndirib. 

AZXEBER.COM xəbər verir ki, "Günaydın Azərbaycan" verilişinə qonaq olan söz ustadı özü üçün qəbir hazırlatdırdığını etiraf edib.

Aparıcı Xoşqədəm Hidayətqızı isə sözügedən qəbirin bir dəfə su ilə dolduğunu daha sonra meyxanaçının məzarın yerini dəyişdirdiyini deyib. 

"Ora mənim üçün böyük məktəbdir. Ora gedirəm, öz-özümə deyirəm ki, "Çaşma!" Bu haqqdır. Əvvəl mən bu qəbiri özüm üçün qazdıranda dedilər ki, "Bəsdir! Qara ağzını açma! Bədlik etmə!", - Ağamirzə bildirib. Onun bu sözləri hər kəsi təəccübləndirib.
Veriliş zamanı boş qəbrin görüntüləri də yayımlanıb. 

Həmin kadrları təqim edirik:
 

OXŞAR XƏBƏRLƏR