"ARB" kanalında yayımlanan "Sayqa ilə" verilişinin növbəti qonağı meyxanaçı Samirə olub.
AZXEBER.COM ölkə.az-a istinadən bildirir ki, meyxanaçı xanım verilişə yeni duet ortağı ilə gəlib.
Aparıcının "Oqtay olmadığına görə, mən sənin yeni duet ortağının adını çəkmədim. Oqtay haradadır?" sualına Samirə belə cavab verib:
"Oqtayı uzaqlara göndərmişəm, dəyişiklik lazımdır. Oqtay qocalıb, bir az cavanı lazımdır".
Xatırladaq ki, meyxanaçı Samirə uzun illər meyxana ifaçısı Oqtayla duet ortağı olub.