Meyxanaçı Samirənin bu görüntüləri gündəm oldu - AÇIQLAMA - VİDEO

Meyxanaçı Samirənin bu görüntüləri gündəm oldu - AÇIQLAMA - VİDEO
MAQAZİN
13:15 13.11.2023
603
Meyxanaçı Samirə sosial şəbəkələrdə yayılan rəqs görüntülərindən sonra insanlar tərəfindən qınaq atəşinə tutulub.

Bəzi sosial şəbəkə istifadəçiləri rəqsin onun yaşına yaraşmadığını deyib. 

Meyxanaçı AZXEBER.COM-a açıqlamasında onu tənqid edənlərə cavab verib: 

"Məni qınayanlar çox nahaq yerə qınayırlar. Onlar gedib öz həyatlarında olan problemlərə baxsınlar. Məni heç kəs qınamasın. Rəqs edirəm, çox da yaxşı edirəm, öz işimdir, özüm bilərəm. Heç kəslə hesablaşmayacam, rəqs eləyim ya eləməyim. O məni qınayanlar pandemiyada gətirib mənim ailəmə bir tikə çörək verməyib ki? Onların xəbəri də yoxdur, evdə mənim uşaqlarım acdır, toxdur, nə ilə dolanırlar. Samirə onlara o qədər maraqlıdırsa gedib  "Qızıl fond”da olan oxuduğum 19 ədəd mahnını müzakirə etsinlər, rəqsimi yox ”.

Samirənin həmin rəqsini təqdim edirik: 

Aysel
OXŞAR XƏBƏRLƏR