Meyxanaçı sevgilisi ilə birgə oğurluq etdi - FOTO

Meyxanaçı sevgilisi ilə birgə oğurluq etdi - FOTO
SOSİAL
23:29 05.11.2019
5567
Binə qəsəbəsində 10-a yaxın evdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan Rauf Abdullayevin evdə olmadığı müddətdə məzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlanıb.

Ona ümümilikdə 1202 manat maddi ziyanın dəydiyi məlum olub. Xəzər RPİ-nin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amid Əliyev və Yevlax rayon sakini Tehran Məmmədova saxlanılıb.

Araşdırma zamanı hər iki şəxsin Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. Onların yaşadıqları evə baxış zamanı oğurladıqları məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.

A.Əliyev və T.Məmmədova barəsində oğurluq maddəsi ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

"Qafqazinfo”nun məlumatına görə, A.Əliyev Lənkəranda meyxanaçı kimi tanınır, T.Məmmədova isə onun sevgilisidir.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
09:58 31.03.2026
Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
09:47 31.03.2026
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Dünya bazarlarında neftin qiyməti artır
09:34 31.03.2026
Dünya bazarlarında neftin qiyməti artır
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
09:21 31.03.2026
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:38 31.03.2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:36 31.03.2026
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
08:33 31.03.2026
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
08:22 31.03.2026
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
05:18 31.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
03:34 31.03.2026
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
02:41 31.03.2026
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
01:55 31.03.2026
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
01:12 31.03.2026
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
00:39 31.03.2026
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
00:01 31.03.2026
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
İsraildə terrorçular artıq edam ediləcək
23:42 30.03.2026
İsraildə terrorçular artıq edam ediləcək