Meyxanaçı Vüqarın atası sənət yoldaşları haqda ŞOK DETALLARI AÇIQLADI

Meyxanaçı Vüqarın atası sənət yoldaşları haqda ŞOK DETALLARI AÇIQLADI
SOSİAL
21:12 31.03.2023
1115
"Vüqarın heç bir sənət dostu məni itirib-axtarmır. Xəstəyəm, ayaq barmaqlarım kəsilib. Bütün günü evdəyəm, asta-asta evin içində gəzirəm.

Təzə-təzə gəlib-gedirdilər. Rəhmətlik öləndən sonra qapını bağlayıb getdilər. Həyatdır da. Bir az efirlərdə danışdılar, sonra hər şey dayandı. Heç kimdən nəsə ummuram, heç vaxt onlardan nəsə gözləmirəm.

Şükür Allaha, heç nəyə ehtiyacım yoxdur. Əlbəttə ki, gəlsələr qapım onların üzünə hər zaman açıqdır. İstərdim ki, gəlib Vüqarın məzarı üstünə getsinlər, onun xatirəsini əziz tutsunlar. Vüqarın məzarı üstünə hər cümə axşamı gedib-gəlirəm. Bununla təskinlik, təsəlli tapıram"

AZXEBER.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib.

"Heç vaxt pulla meyxana, qəzəl yazmayıb. Yalandan saytlarda yazıblar ki, Vüqar 20 manata meyxana yazıb. Bu ağ yalandır.

Kimsə sifariş edibsə belə, Vüqar onlara hədiyyə kimi yazıb. O könül sevindirməyi xoşlayırdı. Hacı Şahin üçün dediyi meyxananı bu günlərdə dinlədim.

Meyxananı elə deyib ki, elə bil sanki Hacı Şahini ölümündən sonra vəsf edir. Vüqar dindar, əli quranlı biri idi. Pis yola çəkdilər. Allah onu pis yola çəkənlərin evini yıxsın. Gedib 15 gün xəstəxanada yatdı, artıq gec idi. Dəfnində böyük izdiham yaşanmışdı.

Pandemiya olmasaydı qapımıza 5-10 min adam yığılardı. Yutubda Vüqarın meyxanaları qarşıma çıxır, izləmirəm. Baxıram, sonra da ürəyim ağrıyır.
Çalışıram ki, izləməyim, çünki pis oluram. Elə zənn edirəm ki, yanımdadır, nə vaxtsa gələcək. Qapı açılan kimi elə bilirəm bu dəqiqə Vüqar içəri girəcək. Mən itirdiyimi itirmişəm, ürəyim partlayır. Şəkilləri ilə danışıram" deyə meyxanaçının atası bildirib.

Zakir Paşayev Vüqarın valideynlərinə sevgisindən də danışıb.

"Vüqar ata-ana istəyən oğul idi. Onun yerini digər övladlarım vermir. O ayrı idi, ondan yox idi. Anası onun ölümündən sonra çox yaşamadı. O qədər çox sevirdi ki, anasını.

Xəstə olduğunu biləndə ayaqlarından da öpürdü. Vüqar öləndən sonra adından istifadə edənlər də oldu. Gərək halallıq olsun. Evdəki əlyazmalarını, bir neçə qəzəllərini, külliyatını apardılar.

Sevdiyi bir şəxs var idi. Sinif yoldaşı idi, nəsə onların münasibəti alınmadı. Vüqar əsəbi, hövsələsiz biri idi. Onunla evlənməyinə razılıq vermişdim, amma sonradan həyatında peyda olan xanımla evliliyinə razı deyildim. Heç anası da razı deyildi" deyə meyxanaçının atası bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu