Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verib

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verib
SOSİAL
17:05 21.05.2025
535
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib.

Bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib və Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbiri dəyişdirilməyib.

Qeyd edək ki, Hacı Vəliyev aprelin 1-də saxlanılıb. Xətai Rayon Məhkəməsində barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçib. Aprelin 18-də həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
 
///apa
OXŞAR XƏBƏRLƏR