Meyxanaçıların olduğu “sxodka”ya qaramaskalıların basqını VİDEO

SOSİAL
17:00 31.03.2016
7024
200-ə yaxın azərbaycanlı saxlanılıb.
Rusiyada azərbaycanlıların “sxodka” təşkil etdikləri deyilən kafeyə polis hücumunun görüntüsü yayılıb.
Sosial şəbəkədə yerləşdirilən bir neçə saniyəlik videoada maskalı şəxslərin zala daxil olduğu əks olunub.Videoda silahlı şəxsin azərbaycanlı meyxanaçılara musiqini dayandırmağı əmr etdiyi görünür.
Xatırladaq ki, Rusiya mətbuatının yazdığına görə, azərbaycanlı biznesmen Ağayar Ağayev ad günü adı altında Yekatrinburq şəhərində “sxodka” keçirməyə cəhd edib. Polisin basqını nəticəsində 200-ə yaxın azərbaycanlı saxlanılıb. Əməliyyat zamanı silah və narkotik vasitələr aşkar olunub. (qafqazinfo.az)

OXŞAR XƏBƏRLƏR