“Meyxanaya ən böyük zərbəni Namiq Məna vurdu” - Mehman

“Meyxanaya ən böyük zərbəni Namiq Məna vurdu” - Mehman
MAQAZİN
12:37 17.06.2025
2007
"Bu gün meyxana aləmində vəziyyət bir o qədər də yaxşı deyil, idarəçilik itib".
 
AZXEBER.COM xəbər verir ki, bunu "Rəngarəng" verilişində meyxanaçı Mehman Əhmədli deyib.
 
Mehman bu gün meyxananın idarəçilikdən çıxdığını deyərək, bunun səbəbkarı kimi Namiq Mənanı gördüyünü deyib:
 
"Bir müddət var idi ki, meyxana sadəcə efirlərdə idi, toyda idi. Biz onu idarə edə bilirdik. Hər kəs ələkdən keçirdi. İndi ki, sosial şəbəkələr çıxıb, hərənin əlində öz efiri var. Artıq onları idarə edə bilmirsən. Toya ev sahibi kimi istəsə dəvət edirdi amma efirlər başqa idi. Meyxana yarışmalarının təşkilatçılığını edirdim. Bilirdik kim, nəyə laiqdir. İndi bunu etmək mümkün deyil. Çünki lazımsız meyxanaçılar çoxalıb.
 
Muğama diqqət var, aşıqların birliyi var, kimsə nəsə edəndə çağırıb danlayırlar. Amma meyxananın tabe olduğu bir yer yoxdur, ona görə kim nə istəsə edir. Meyxanaçılar birlik olub bir birlik yarada bilmədilər. Meyxanaya ən böyük zərbəni Namiq Məna vurdu. O, bədiyyə və meyxana məsələsini qabardandan sonra parçalanma baş verdi".
 
Aysel
 
OXŞAR XƏBƏRLƏR