“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”
SOSİAL
13:34 06.05.2025
1654
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması haqda xəbər günlərdir ölkə gündəminin müzakirə mövzularından birinə çevrilib.

AZXEBER.COM xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat”a açıqlamasında məsələyə sərt reaksiya verib:

"Bildiyim qədəri ilə həmin qadının 38 yaşı var. Bu yaşda bir insan artıq kifayət qədər həyat təcrübəsinə malik olur və hüquqlarını bilməməsi inandırıcı görünmür. Xüsusilə də uzun müddət ABŞ-də yaşayan, orada ailə quran bir qadının hüquqi mühitdən xəbərsiz olması real deyil. Əgər doğrudan da əri tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalıbsa, yaşadığı ölkədə - ABŞ-də hüquq-mühafizə orqanlarına, polisə və ya qadın hüquqları ilə məşğul olan təşkilatlara müraciət edə bilərdi.

ABŞ-də belə hallara qarşı çox sərt qanunlar var. Ər arvadını döyərsə, ən azı 5 il müddətə həbs cəzası ilə üzləşə bilər. Orada ailədaxili zorakılıq məsələlərinə çox həssas və ciddi yanaşılır, qısa müddətdə məhkəmə qərarları çıxarılır, zərərçəkənin təhlükəsizliyi təmin olunur. Ola bilər ki, qadın qorxub, təhdid edilib, ya da ailəsinin gələcəyinə görə narahat olub. Bu səbəbdən də çıxış yolunu Bakıya dönməkdə görüb”.

Onun sözlərinə görə, əgər qadın onların təşkilatına müraciət edərsə, ona bütün imkanlar daxilində dəstək göstərməyə hazırdırlar: "Sadəcə, bu məsələdə məni ən çox sarsıdan məqam odur ki, Məzahir Pənahovu cəmiyyət içində ciddi, ailə dəyərlərinə sadiq, yüksək əxlaqi mövqeyi olan bir insan kimi tanımışam və ona həqiqətən böyük hörmət bəsləmişəm. Amma görünən odur ki, çox tərbiyəsiz bir oğul böyüdüb. Oğlu bu davranışı ilə təkcə öz atasını deyil, Azərbaycanı və özünü biabır edib.

Bütün bunların kökündə isə çox vaxt "məhdudiyyətsiz imkanlar” dayanır. Çoxlu pul, güc və toxunulmazlıq hissi insanlarda nəzarətsizlik yarada bilər. Halbuki mən tanıyıram ki, oliqarx övladları arasında çox tərbiyəli, savadlı, davranışlarına diqqət edən insanlar da var. Hər şey ailə tərbiyəsindən və valideyn nəzarətindən asılıdır. Bəziləri deyə bilər ki, ata oğulun, oğul da atanın əməllərinə görə cavabdeh deyil. Evdə saxladığı it birini dişləyərsə, hüquqi cəhətdən onun sahibi məsuliyyət daşıyır. Əgər evində böyütdüyün övlad cəmiyyət üçün təhlükəli davranış sərgiləyirsə, deməli, burada valideyn məsuliyyəti də gündəmə gəlir. Düzgün tərbiyə verilməli idi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
09:22 12.03.2026
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
09:04 12.03.2026
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
08:56 12.03.2026
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 12.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
07:32 12.03.2026
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
04:47 12.03.2026
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
03:22 12.03.2026
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
01:37 12.03.2026
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO