"Məntəqə Seçki Komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir".
AZXEBER.COM xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əksər seçki dairələrində bu işlər yekunlaşıb: "Mənə verilən məlumata görə, az sayda dairələrdə bu proses də yaxın vaxtlarda iclas keçirilərək başa çatdırılacaq. Bununla da Məntəqə Seçki Komissiyaları tam formalaşmış olacaq".