Məzahir Pənahov: "MSK-nın formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir"

Məzahir Pənahov: "MSK-nın formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir"
SOSİAL
13:57 12.12.2021
243
"Məntəqə Seçki Komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir".

AZXEBER.COM xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əksər seçki dairələrində bu işlər yekunlaşıb: "Mənə verilən məlumata görə, az sayda dairələrdə bu proses də yaxın vaxtlarda iclas keçirilərək başa çatdırılacaq. Bununla da Məntəqə Seçki Komissiyaları tam formalaşmış olacaq".
OXŞAR XƏBƏRLƏR