Məzahir Pənahov: "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisəolunmaz dərəcədə azdır"

Seçki2020
11:02 20.01.2020
4052
"Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisəolunmaz dərəcədə azdır".

"Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müəyyən şikayətlər var ki, MSK istəsə də Seçki Məcəlləsinin tələbinə görə, həmin məsələ Komissiyanın iclasına çıxa bilməz:

"Hətta həmin şikayət xarakterli müraciətlər də daxil olmaqla ümumi şikayətlərin sayı 30-40-ı keçmir. Yəni, bu ilki seçkilərdə şikayətlər ötən seçkilərlə müqayisəolunmaz dərəcədə azdır. Bu da bizi sevindirir".

Sədr deputatlığa namizədlərin sayının çox olmasına da münasibət bildirib.

"Cəmiyyətdə baş verən dəyişikliklər hiss olunur ki, ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Əvvəllər biz deyirdik ki, müstəqil ölkənin vətəndaşları fəal olmalıdırlar. Bu gün çox məmnuniyyətlə deyə bilərəm ki, artıq bunu fəaliyyətimizdə hiss edirik”, - sədr əlavə edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:06 30.09.2020

“Səhliyalı”dan orduya dəstək - 5000 kolbasa, 2 ton qablaşdırılmış su göndərdi

12:02 30.09.2020

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur – Ermənistanla bağlı qeyd-şərt qoyuldu

11:57 30.09.2020

Deputat: “İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”

11:56 30.09.2020

Makron Qarabağdakı vəziyyəti Tramp və Putinlə müzakirə edəcək

11:48 30.09.2020

Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir - RƏSMİ

11:46 30.09.2020

Ermənilər Tərtərdə daha bir mülki obyekti top atəşinə tutdu

11:41 30.09.2020

Elçin Əmirbəyov “France24”ün efirində Ermənistan təxribatı ilə bağlı danışdı

11:37 30.09.2020

Sahibə Qafarova: “Prezident və xalqın sarsılmaz birliyi Dağlıq Qarabağın tam azadlığını təmin edəcək”

11:28 30.09.2020

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

11:21 30.09.2020

İran ərazisindən Ermənistana aparılan silah yüklü maşınlar yandırıldı - VİDEO

10:57 30.09.2020

Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur

10:53 30.09.2020

Ermənilərin bu gün Tərtərdə yaraladıqları mülki şəxslərin - Adları

10:50 30.09.2020

Xoyskinin nəvəsi: “Qarabağ azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”

10:24 30.09.2020

Müdafiə Nazirliyi: Ağdərədə düşmən qruplaşması mühasirəyə alınıb

10:20 30.09.2020

Albaniyanın ilk Prezidenti Azərbaycanı dəstəklədi

10:15 30.09.2020

"Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyət nümunəsidir"

X Mostbet