Məzahir Pənahov: "Namizədlər seçkiqabağı təşviqatda qanunvericiliyə əməl etməlidir"

Məzahir Pənahov: "Namizədlər seçkiqabağı təşviqatda qanunvericiliyə əməl etməlidir"
SOSİAL
17:49 09.01.2020
3830
Deputatlığa namizədlər seçkiqabağı təşviqat başlamazdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pəhanov bildirib ki, sosial şəbəkələr bugünkü həyatımızı əhatə edib: "Lakin namizədlər təşviqat məsələsində qanunvericiliyə əməl eməlidir. Seçkiqabağı təşviqat yanvarın 17-dən başlayır. Ondan qabaq təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir".

Qeyd edək ki, fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
OXŞAR XƏBƏRLƏR