Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovaağır itki üz verib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, MSK sədrinin qardaşı Mahir Pənahov vəfat edib.
O, uzun sürən xəstəlikdən sonra 58 yaşında dünyasını dəyişib.
Mahir Pənahov Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində işləyib.