Peruda məzun gecəsində tələbələr rəqs edərkən döşəmə çöküb.
AZXEBER.COM xəbər verir ki, dəhşətli anlar kamera ilə lentə alınıb.
Məlumata görə, 29 nəfər yaralanıb.
Xəsarət alan tələbələrin sağlamlıq durumlarının yaxşı olduğu bildirilib. Qəzadan sonra hadisə yerinə gələn bələdiyyə rəsmiləri texniki baxışdan keçirdikdən sonra buraxılış gecəsinin keçirildiyi məkanın binanın tikintisində səhlənkarlıq səbəbindən bağlandığını açıqlayıb.
Hadisənin görüntülərini təqdim edirik:
Ayşən










































