Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallarda mütəxəssislər tərəfindən psixi sağlamlıq pozuntusu kimi qiymətləndirilə və hətta psixiatrik müalicə tələb edə bilər.
Onun sözlərinə görə, davamlı yorğunluq, yuxululuq və əsəbilik orqanizmin artıq istirahətə ehtiyac duyduğunu göstərən əsas siqnallardır. Bu əlamətlərə məhəl qoyulmaması isə daha ciddi fəsadlara yol aça bilər.
Həkim vurğulayıb ki, uzunmüddətli həddindən artıq iş yükü infarkt, insult, sinir sistemi pozğunluqları, eləcə də mədə-bağırsaq xəstəlikləri, o cümlədən qastrit və mədə xorasının yaranma riskini artırır.
Həkim balanslı iş qrafikinin, kifayət qədər yuxunun və müntəzəm istirahətin həm sağlamlığın qorunması, həm də yüksək əmək məhsuldarlığının təmin olunması üçün vacib olduğunu qeyd edib.
/Baku.ws











































