Möhkəm dırnaqlara necə sahib olmalı? - SAĞLAM OLUN

MARAQLI
16:11 21.01.2012
12496

Dırnaqlarınıza edəcəyiniz ciddi bir qulluq onları sağlam edər. Əgər dırnaqlarınızın formasında və ya rəngində dəyişiklik görürsəniz, üzərində ağ və qara kiçik ləkələr əmələ gəlirsə, girinti-çıxıntılar və ya qabarma meydana gəlirsə, və son olaraq dırnaqlarınızda ağrı hiss edirsəniz mütləq həkimə müraciət edin. Dırnaqlarınızı kəsərkən təmiz və iti dırnaq qayçısından istifadə edin. Dırnaqlarınızı daim təmiz saxlayın. Dırnaqlar üçün məsləhətlər və reseptlər Əgər dırnaqlarınıza dırnaq boyası çəkirsinizsə, təmizləmək üçün istifadə etdiyiniz aseton və oxşar kimyəvi maddələrdən həftədə bir dəfədən artıq istifadə etməyin. Getdiyiniz gözəllik salonlarında manikür və pedikür alətlərinin bakteriyalarını öldürməyə yarayan steril təmizləmə alətlərinin mövcud olduğundan əmin olun. Dırnaqlarınızın ətrafını çərçivələyən dərini qobartmayın, kəsməyin, parçalamayın. Bu dırnağın infeksiyaya yoluxmasına gətirib çıxara bilər. Bu ətləri taxta çubuq istifadə edərək geriyə doğru astaca itələyin. Bu prosesi əllərinizi isti su ilə yuduqdan sonra edin, çünki bu zaman ətlər daha yumşaq olacaq və bu da işinizi daha asan edəcək. • ¼ stəkan günəbaxan yağı, 5 damcı vitamin A (retinol), 4 damcı yod qarışdırılır. Alınmış qarışıq ilə 15 gün ərzində qırnaqlar ilıq vanna edilir. Bu qarışığa dırnaqlar salınıb, 20 dəqiqə saxlanılır. Bu prosedura bitəndən sonra yaxşı olar ki, dırnaqlarınızı 5%-li tannin məhlulu ilə siləsiniz. Bu da dırnaq plastinkasının möhkəmləndirilməsinə kömək edir. • Tez sınan dırnaqları möhkəmləndirmək üçün həftədə 1-2 dəfə bitki yağına 3 damcı yod və 5 damcı limon soku əlavə edilmiş ilıq qarışıqda vanna edə bilərlər. • Dırnaqların daha yaxşı uzanması və daha möhkəm olması üçün tərkibində jelatin, zülallar, mineral duzlar və vitaminlər olan qidalarla qidalanmaları məsləhətdir. Bu qida məhsullarına jele, marmelad, ətdə olan yumşaq sümüklər, qığırdaqlar və s. aiddir. • Sınan və yumşaq dırnaqları bərkitmək üçün əla effekt verən digər üsul: arı mumu qaynar su buxarı vasitəsilə ("su hamamı"nda) əridilir və dirnaqların üzərinə vurulur, bu zaman mum dırnaq lövhəsinin formasını alır. Əgər bu prosedur axşam olunubsa, səhərə qədər mumu dırnaqda saxlamaq olar. Dırnaqlarınızın tam möhkəmləndiyini hiss edənə qədər bu proseduru edə bilərsiz. • Dırnaqlarınızı tez-tez limon soku, 5%li sirkə turşusu ilə silin. Bunlar da dırnaqların möhkəmlənməsinə kömək edir. • Dırnaqlarınızı heç olmasa, həftədə 1 dəfə dəniz duzundan hazırlanmış suya salıb, 15-20 dəqiqə saxlayın. Bu proseduru 1-2 gündən bir etmək olar. • Hər gecə dırnaqlarınıza qliserin vurub yatın.

Aztibb.com

OXŞAR XƏBƏRLƏR