Möhsün Nağısoyluya yeni vəzifə verilib

Möhsün Nağısoyluya yeni vəzifə verilib
SOSİAL
11:03 09.10.2021
321
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoyluya yeni vəzifə verilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, M.Nağısoylu AMEA prezidentinin humanitar sahə üzrə müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 75 yaşlı M.Nağısoylu oktyabrın 1-də Dilçilik İnstitutunun direktoru vəzifəsindən azad olunub.
 
///Report
OXŞAR XƏBƏRLƏR