"Ümid edirəm ki, Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq"

"Ümid edirəm ki, Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq"
SİYASƏT
20:35 12.11.2021
542
"Biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, ikinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

"O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək.

Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər", - deyə dövlət başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR