“Ümid edirəm, Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək”

“Ümid edirəm, Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək”
SOSİAL
17:17 30.12.2024
382
"Qazaxıstan Rusiyanın basqılarına tab gətirməyib, ədalətsiz qərar vermək istəməyib və qara qutuları Braziliyaya göndərib”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, Rusiya tərəfindən vurulan təyyarəmizlə bağlı təhqiqat aparan Qazaxıstanın hökumət komissiyası "Qara qutu”nun oxunması üçün onun Braziliyaya göndərilməsinə qərar verib: "Braziliya həmin təyyarəni istehsal edən ölkədir. Araşdırmanı bu ölkədə yerləşən Aviasiya Qəzalarının Təhqiqatı üzrə Beynəlxalq Mərkəz aparacaq. Açıqlanan məlumatlarda bu qərarın beynəlxalq konvensiyalara uyğun olduğu, Azərbaycan və Rusiya tərəfləri ilə razılaşdırıldığı qeyd edilib.

Qazaxıstanın bu mövqeyi maraqlı və düşündürücüdür. Axı istehsalçı şirkətin, beynəlxalq qurumların nümayəndələri elə Qazaxıstanda idilər və orada bu işi bitirə bilərdilər? Doğurdanmı Qazaxıstan Rusiyanın təzyiqlərinə tab gətirə bilməyib?” 

Osman Gündüz əlavə edib ki, bu qərarın həm də Azərbaycan və Qazaxıstan Prezidentlərinin telefon danışıqlarından sonra baş tutması diqqətçəkəndir: "Bəlkə də təyyarəni istehsal edən ölkənin özünə hörmət edərək obyektiv mövqe tutacağı, beynəlxalq qurumların müşahidəsi altında təhqiqat aparılması bu baxımından daha doğrudur?

Görünən odur ki, arxa planda, Qazaxıstan, Rusiya və Azərbaycan arasında amansız diplomatik və siyasi mübarizə gedir. Ümid edirəm, Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək”.

Xatırladaq ki, ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilib ki, qəzaya uğramış "Embraer 190” təyyarəsinin qara qutuları Braziliyaya göndəriləcək. Xüsusilə vurğulanıb ki, Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO