"İsraili dəstəkləmək, öldürməyə icazə vermək deməkdir, ümid edirəm ki, ABŞ bu istiqamətdə irəliləməyəcək".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Fələstinin Baş Naziri Məhəmməd Ştiyye CNN İnternational-a verdiyi müsahibə zamanı deyib.
Nazir həmçinin HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi Əqsa əməliyyatını qınamadığını da deyib.
Baş nazir əlavə edib ki, Fələstinin acı günləri 14 gün yox, 75 il öncə başlayıb:
"Fələstin fəlakəti 75 ildir oradadır və biz yüksək səslə və açıq şəkildə qışqırırıq ki, bir həllə ehtiyacımız var. Ölməyə layiq olmayan hər bir mülki şəxsin və hər bir insanın öldürülməsi pislənməlidir. Biz bunu qınamalıyıq".
Mikayıl