Ümid işığı - HEKAYƏ

Ümid işığı - HEKAYƏ
KÖŞƏ
02:43 20.04.2012
2059
Ozal İBRAHIMLİQəribədir... Dünyada bir çox yazar vardır ki, onların bəziləri öz işləri ilə qürur hissi keçirtsələr də, bəziləri işlərindən o qədər də razı deyillər. Bəs mən necə? Mən, öz yazılarıma ümumilikdə nə qiymət verərdim?! Düzü bu sualı özümə ilk dəfədir verirəm. Ancaq çox çətin sual imiş. Heç cür cavab tapa bilmirəm. Yalnız düşünürəm ki, “Nə yazdıqlarım üçün çox sevinib qürur hissi keçirir, nə də ruhdan düşürəm”. Çünki, oxucuların qəlbindəki zərif bir nöqtəyə toxuna bilsəm də, mən bunu gənc bir yazar kimi 100% bacara bilmirəm. Bu isə normaldır. Ancaq özümə güvənirəm və uğur qazanacağıma şüphəm belə yoxdur. İnsanların qəlbinə yol tapdığımı hiss edirdim. Ancaq buna, oxucularımdan birisinin ilk yazdığım hekayəmə münasibəti ilə əmin oldum. Oxucunun fikrinə görə, sanki tam olaraq onun həyatını yazmışdım. Nə deyim? Həqiqətən bacarmışamsa, bu məni çox sevindirir. Bəlkə də hər zaman həyatda qarşılaşdıqları qələmə almağım mənə bu cür uğur qazanmağıma kömək edir... Çünki, insan pisi də yaxşını da yaşayaraq örgənir. Yaşadıqca gördüyü səhvlərdən nəticə çıxarır. Yaşından asılı olmayaraq, hər insan çətinliklərlə qaşılaşa bilər. Ancaq bəzi insanlar bu çətinliklərin öhdəsindən gəlməyi bacarsalar da, bir çoxu bunu bacarmır. Bəziləri hətda o həddə çatırlar ki, artıq həyatda hər bir şeyi gözə alırlar. Məhz mənim tanıdığım 20 yaşlı gənc qız da onlardan biridir. O da həmyaşıdları kimi həyatdan zövq alaraq yaşamaq, gənc qızlar kimi geyinib – bəzənməyi çox istəyir. Ancaq bu onda məhz elə arzu olaraq qalır. Çox təəssüf ki, düşdüyü vəziyyət onu bütün bunlardan məhrum edir. Həyat ona ilk zərbəni çox kiçik yaşlarından anasını itirməsi ilə vurdu. Həmin vaxt onun hələ 9 yaşı vardı. Gələcəkdə ən böyük arzusu həkim olmaq idi. Məktəbdə hər tənəffüs müəllimə olan anasına, “Mən böyüyəndə həkim olacam və sizləri heç vaxt xəstələnməyə qoymayacam” deyərək onu kövrəldirdi...Ardı var ...
OXŞAR XƏBƏRLƏR