Ümidləri doğruldan oğlan - QIZIL MEDAL HƏSRƏTİ BİTDİ

İDMAN
23:41 11.08.2012
2191

London Olimpiadasının sərbəst güləş üzrə yarışında Azərbaycan yığmasının üzvü Toğrul Əsgərov qızıl medal qazanıb. AZXEBER.COM-un məlumatına görə, o, finalda rusiyalı Besik Kuduxova qalib gəlib. 19 yaşlı Avropa çempionumuz ilk hissədə 4 qat dünya çempionuna, Pekin-2008-in bürünc mükafatçısına 1:0 hesabı ilə qalib gəlib. İkinci hissədə isə Toğrul Əsgərov rəqibini 5:0 hesabı ilə məğlub edib. Bununla da Toğrul London Olimpiadasında Azərbaycana ilk qızıl medal qazandırıb.Qeyd edək ki, Toğrul ilk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb. Birinci hissədə 2:0 hesabı ilə qalib gələn idmançımız üçün növbəti 2 dəqiqə də uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib.Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Finala gedən yolda isə həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə gəlib. Toğrul yenə də rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 1:0, ardınca 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz finala yüksəlib.

OXŞAR XƏBƏRLƏR