Mikayıl Cabbarov: "20 Yanvar xalqımızın mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir"

Mikayıl Cabbarov: "20 Yanvar xalqımızın mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir"
SOSİAL
10:24 20.01.2022
198
"20 Yanvar xalqımızın azadlıq və dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir".

AZXEBER.COM xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdəki hesabında yazıb.

"Şəhidlərimizi ehtiramla yad edirik", - deyə nazir əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 32 il ötür.
OXŞAR XƏBƏRLƏR