Mikayıl Cabbarov Asiya İnkişaf Bankının nümayəndələrini qəbul edib - FOTO

Mikayıl Cabbarov Asiya İnkişaf Bankının nümayəndələrini qəbul edib - FOTO
İQTİSADİYYAT
17:30 06.04.2021
423
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan ilə görüşüb.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumatda bildirilir ki, Mikayıl Cabbarov ölkəmizin Asiya İnkişaf Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini, bankın maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Qeyd edilib ki, hazırda Asiya İnkişaf Bankının kredit ayırdığı yol şəbəkəsinin inkişafı üzrə layihələri icra edilməkdədir. Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının həyata keçirilməsində Azərbaycan 2021-ci il üzrə ev sahibi kimi fəal iştirak edir. 

Bildirilib ki, Asiya İnkişaf Bankı ilə 2022-2024-cü illər üçün Azərbaycanın ortamüddətli iqtisadi inkişaf prioritetləri və potensial sahələr üzrə əməkdaşlıq önəmlidir.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması, regional əməkdaşlıq və s. istiqamətlər üzrə Asiya İnkişaf Bankı ilə tərəfdaşlıq imkanları diqqətə çatdırılıb.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edib, Bankın Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı, Bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı, dövlət müəssisələri ilə bağlı islahatlara dəstək imkanları və qarşılıqlı maraq doğuran digər məsələlərı müzakirə ediblər.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb