Mikayıl Cabbarov: "Azərbaycanın ixrac strategiyası bir neçə istiqaməti nəzərdə tutur"

Mikayıl Cabbarov: "Azərbaycanın ixrac strategiyası bir neçə istiqaməti nəzərdə tutur"
İQTİSADİYYAT
23:06 25.07.2022
388
Azərbaycanın ixrac strategiyası bir neçə istiqaməti nəzərdə tutur.

AZXEBER.COM xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, birincisi coğrafiyanın diversifikasiyası, ikincisi məhsulun diversifikasiyasıdır: "Biz burda xüsusi ilə qeyri-neft ixracına diqqət yetiririk. İqtisadi siyasətimiz bundan ibarətdir ki, Azərbaycanda sənayeləşmə prosesi dərinləşməlidir.

Bunun üçün hər bir münbit şərait var. Ona görə bu gün Azərbaycanın qeyri-neft ixracında əsas rolu sənaye məhsulları oynayır. Bugünkü dinamikaya nəzər salsaq, görərik ki, sənayedən sonra əsas ixrac sektoru kənd təsərrüfatıdır.

Cari ilin I yarısında Azərbaycanın neft-qaz ixracı 2 dəfədən çox, ticarət dövriyyəsi 75 % artıb. Bunlar həqiqətən çox yüksək rəqəmlərdir. Qeyri-neft ixracı isə 25 % artıb. Ötən il bu göstərici 45 % çivarında idi. Qeyri-neft ixracı daha da sürətli arta bilərdi, lakin mart ayının ortalarında dünyada baş verən qida təhlükəsizliyi mövzuları, həm də bölgədə baş verən proseslər məlumdur. Rusiya və Ukrayna Azərbaycanın qida bazarında mühüm rol oynadıqlarını nəzərə alaraq, məlum hadisələrin həm qiymətlərə təsirini, həm də mövcud təhlükələri qiymətləndirərək hökumətin müvafiq qərarına əsasən ölkədən qida məhsullarının ixracına xüsusi rejim tətbiq edilir və təbii olaraq bütün bunlar mənfi təsir göstərir.

Bu səbəbdən növbəti illərdə bizim sənaye potensialımızın artırılması ilə yanaşı, əlavə dəyərin yaradılmasına yönəlmiş addımlar nəzərdə tutulur".

Nazir bildirib ki, Azərbaycan bir sıra məhsulları aralıq məhsul kimi ixrac edir, ancaq onların lokallaşma potensialı öyrənilir və ayı-ayrı layihələr həyata keçirilir.

"Buna bir neçə nümunədə göstərə bilərəm. Məsələn, pambıq mahlıcının ipliyə, ipliyin növbəti mərhələlərdə parçaya çevrilməsi kimi layihələr, bundan başqa, neft-qaz sənayesində istehsal olunan müxtəlif növ polimer materialları, kükürd, koks və.s kimi layihələr ölkənin əlavə dəyər zəncirini artırır", - M.Cabbarov qeyd edib

O vurğulayıb ki, Azərbaycan ixracatçılarının rəqabət qabiliyyərinin qorunub saxlanması üçün müxtəlif növ təşviqlərin verilməsi də davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda yaşayış binası yanır
18:27 25.05.2025
Bakıda yaşayış binası yanır
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
18:13 25.05.2025
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
18:01 25.05.2025
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
17:48 25.05.2025
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq