Mikayıl Cabbarov: "Azərbaycanın regionlarında vergi yığımı 21 % artıb"

Mikayıl Cabbarov: "Azərbaycanın regionlarında vergi yığımı 21 % artıb"
SİYASƏT
11:47 20.06.2023
289
Bu ilin I rübü ərzində Azərbaycanın regionlarından 353,1 milyon manat məbləğində vergi yığılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

"Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 % çoxdur", - nazir qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.
OXŞAR XƏBƏRLƏR