Mikayıl Cabbarov daha bir məktəb direktorunu işdən çıxardı

Mikayıl Cabbarov daha bir məktəb direktorunu işdən çıxardı
SOSİAL
15:15 04.10.2017
1514

Bakı şəhəri Sabunçu rayonu, Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi faktı "Report"a təsdiqləyib.

İdarədən bildirilib ki, çalışmanın yaş həddinə çatması ilə əlaqədar həmin məktəbin direktoru Qazıbəyova Qurbantac Qurban qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. 

Təhsil nazirinin müvafiq əmri ilə Quliyev Yasin Yaqub oğlu həmin məktəbin direktoru vəzifəsinə təyin edilib.

OXŞAR XƏBƏRLƏR