Mikayıl Cabbarov iş prinsiplərini açıqlayacaq

Mikayıl Cabbarov iş prinsiplərini açıqlayacaq
SOSİAL
11:11 05.02.2018
1471
Vergilər Nazirliyi yeni iş prinsiplərinə keçir - Geniş açıqlama olacaq

Gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.

Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və s. bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.

Qeyd edək ki, Fazil Məmmədovun vergilər naziri vəzifəsindən uzaqlaşdırılmasından və yerinə sabiq təhsil naziri Mikayıl Cabbarovun təyin olunmasından sonra Vergilər Nazirliyində ciddi dəyişikliklərə başlanılıb. Dəyişikliklərə demək olar ki, elə ilk gündən kadr islahatları ilə başlayan M.Cabbarov adı neqativ məsələlərdə hallandırılan onlarla şəxsi nazirliyin strukturlarındakı tutduğu vəzifələrindən azad edib.
OXŞAR XƏBƏRLƏR