Mikayıl Cabbarov peyvənd olundu

Mikayıl Cabbarov peyvənd olundu
SOSİAL
11:17 02.04.2021
630
İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus (COVID-19) əleyhinə peyvənd olunub.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə sosial şəbəkəsindəki hesabında bildirib.

"Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm. Peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir”, - deyə nazir qeyd edib.
OXŞAR XƏBƏRLƏR