Mikayıl Cabbarov prezidentin sərəncamını niyə tam icra etmir? – Müəllimlər nazirə etiraz edir!

Mikayıl Cabbarov prezidentin sərəncamını niyə tam icra etmir? –  Müəllimlər nazirə etiraz edir!
SİYASƏT
15:40 18.07.2016
5500

Prezident İlham Əliyevin 16 yanvar 2015-ci il tarixinində ümumi təhsil müəssisələrində çalışan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında imzaladığı sərəncamdan sonra ölkədə müəllimlərin əməkhaqqlarının artırılması istiqamətində işlər görülməyə başlandı.

Ancaq sərəncamın verilməsindən uzun müddət keçməsinə baxmayaraq, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi bütün respublika üzrə deyil, bir neçə şəhərdə keçirilib.

AZXEBER.COM-a müraciət edən bir qrup müəllimin sözlərinə görə, sərəncamda nəzərədə tutulduğundan fərqli olaraq nazirlik yalnız şəhər məktəblərinin müəllimlərinin diaqnostik qiymətləndirilməsini həyata keçirib. Bu səbəbdən rayon məktəblərində çalışan müəllimlərin əksəriyyətinin əmək haqqları artırılmayıb. Hətda iş stajı çox olan müəllimlərin əmək haqqları belə, imtahandan keçən müəllimlərdən daha aşağıdır.

Prezidentin sərəncamından sonra təhsil nazirinin müavini Ceyhun Bayramov mövzuyla bağlı jurnalistlərin suallarını cavablandırmışdı. Nazirlik rəsminin 2015-ci ildə verdiyi açıqlamada 2015-ci ilin noyabr və dekabr aylarında ölkənin 3 şəhər və əlavə olaraq 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirildiyini qeyd etmişdi:

“Bu qiymətləndirmə 30 minə yaxın müəllimi əhatə edib. Ölkə başçısının 2015-ci il 16 yanvar tarixli sərəncamına uyğun olaraq həmin diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşları 2016-cı il yanvarın 1-dən Bakı şəhəri və əlavə olaraq qeyd olunan şəhər və rayonlarda dərs yükü normasının və əmək haqqının yeni artım qaydalarına uyğun hesablanması aparılacaq. Bununla da 2016-cı ilin yanvarın 1-dən ölkə müəllimlərinin 40 faizi yeni sistemlə əmək haqqı alacaq”.

2016-cı ilin ikinci yarısı olmasına baxmayaraq, respublika üzrə imtahandan 60% müəllim keçməyib. Bu isə manatın məlum devalivasiyasından sonra imtahandan keçməyən müəllimlərin sosial vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olub.

Mövzuyla bağlı suallarımızı cavablandıran təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, prezidentin sərəncamın görə bütün işlərin 6 ay içərisində həll olunması nəzərdə tutulsa da, nazirlik diaqnostik qiymətləndirilmə işini ləngidir:

“Hazırda Azərbaycanda 149.602 müəllim var. Lakin əmək haqqının artırılması ancaq 12 şəhər və rayon üzrə diaqnostik qiymətləndirilmə aparılan 25.431 müəllimə şamil edilib. Bu isə respublika üzrə müəllimlərin 40%-i deməkdir”.

Ekspertin sözlərinə görə, sözügedən imtahan olduqca sadədir və bu imtahanların keçirilməsi üçün elə də ciddi bir iş tələb olunmur:

“İmtahandan keçən müəllimlərin maaşları artır. Əlbətdə bu diaqnostik qiymətləndirilmə aparılmayan rayon məktəblərində çalışan müəllimlərin günahı deyil ki, onların rayonunda keçirilməyib”.

Mövzuyla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlayıb nazirliyin rəsmi mövqeyini öyrənməyə çalışsaq da, şöbə müdiri ənənəsinə sadiq qalaraq telefonlarımıza cavab vermədi.

Mövzuya yenidən qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"