Mikayıl Cabbarov şagirdlərin ‘2’ almasının günahını Misir Mərdanovda gördü – KEÇMİŞ VƏ İNDİKİ NAZİRİN DAVASI

Mikayıl Cabbarov şagirdlərin ‘2’ almasının günahını Misir Mərdanovda gördü – KEÇMİŞ VƏ İNDİKİ NAZİRİN DAVASI
SİYASƏT
16:18 08.07.2016
7005

Təhsil Nazirliyi buraxılış imtahanında şagirdlərin IX və XI sinifdə buraxılış imtahanında “2” qiymət almalarının maraqlı səbəbini açıqlayıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, son 3 ildə Azərbaycanda 20 mindən çox şagird milli qiymətləndirimədə iştirak edib. Araşdırmalar nəticəsində aydın olub ki, şagirdlərin IX sinifdə buraxılış imtahanında “qeyri-kafi” qiymət almalarının əsas səbəbi onların, əslində, ibtidai sinifdə, yəni, 4-cü sinifdə zəif nəticə göstərmələridir. Yuxarı sinifdə zəif nəticə göstərən şagirdlər ibtidai sinfi yaxşı mənimsəmədiklərindən yuxarı siniflərdəki məzmunu da qavramaqda çətinlik çəkirlər.

Mikayıl Cabbarovun nazirliyinin bu açıqlamasını maraqlı edən isə əslində orada təkcə bu il buraxılış imtahanlarında 36 mindən artıq şağirdin “2” qiymət almasının məsuliyyətindən imtina cəhdidir. Məsələ burasındadır ki, nazirlik həmin şagirdlərin ibtidai sinifdə zəif nəticə göstərmələrini əsas gətirməklə problemin kökünün ən azı 5-7 il əvvələ gedib çıxdığına işarə edir. Beləliklə də dolayı yolla da olsa, məsuliyyət həmin dövrün təhsil naziri Misir Mərdanovun üzərinə qoyulur.

Düzü, Mərdanovun vaxtında ölkədə ali və orta təhsilin ciddi problemlər bataqlığında çapaladığını qeyd etmək artıqdır. Amma əksər müstəqil ekspertlər və sıravi vətəndaşlar Cabbarovun təhsil sisteminin başına keçdiyi dövrdən bu yana həmin problemlərin həlli istiqamətində təsirli addımlar atılmadığı qənaətindədirlər. Yəni əslində təhsil sektorunda yaxşılığa doğru dəyişəb heç nə yoxdur, əksinə, bu sahədə vəziyyət daha da ağırlaşıb.

Belədə Təhsil Nazirliyinin on minlərlə şagirdin buraxılış imtahanlarında “2” almasının kökünü əvvəlki illərdə axtarmağa çalışaraq, özünü məsuliyyətdən azad etməyə çalışması qeyri-ciddilikdir və ən azından acı təbəssüm doğurur.

Təhsil Nazirliyinin və onun tabeliyindəki müəssisələrin vəzifəsi həm də ibtidai sinifdə zəif göstəricilərə malik şagirdlərin sonrakı mərhələlərdə yaxşı nəticələrə nail olmasını təmin etməkdir. Əks halda ölkədə icbari təhsilə 4-cü sinifdən sonra nə hacət var? Qoy kim ibtidai sinifdə əla və yaxşı göstəricilərə nail olub, təhsilini davam elətdirsin, göstəricisi zəif olanlar isə məktəbdən kənarlaşdırılsın, onlar üçün nə valideynlər, nə də dövlət artıq xərc çəkməsin.

Ümumiyyətlə isə, bir halda ki, indiki təhsil sistemi belə şagirdlərin sonradan uğur qazanmasını təmin etmək gücündə deyil, onda Mikayıl Cabbarov və komandası nə işlə məşğuldurlar? Əlbəttə, əgər bunu soruşmaq ayıb deyilsə.. (qaynarinfo)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
15:40 28.07.2025
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
Sabah yağış yağacaq, şimşək çaxacaq
15:31 28.07.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
15:29 28.07.2025
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
15:18 28.07.2025
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
15:14 28.07.2025
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
Elçin "SYD"ni təqdim etdi - VİDEO
15:05 28.07.2025
Elçin "SYD"ni təqdim etdi - VİDEO
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
15:03 28.07.2025
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
Sosial ödəniş alanlara şad xəbər
14:52 28.07.2025
Sosial ödəniş alanlara şad xəbər
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
14:48 28.07.2025
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
14:48 28.07.2025
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
14:47 28.07.2025
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
14:22 28.07.2025
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
14:05 28.07.2025
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
14:00 28.07.2025
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
13:56 28.07.2025
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək
13:53 28.07.2025
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək