Mikayıl Cabbarov: “Son bir ildə Azərbaycanda 4 233 avtomobil istehsal edilib”

Mikayıl Cabbarov: “Son bir ildə Azərbaycanda 4 233 avtomobil istehsal edilib”
SOSİAL
11:44 08.01.2024
146
"Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir”.

AZXEBER.COM xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X” hesabında paylaşım edib.

O bildirib ki, sənaye zonalarında ilk avtomobil istehsalına 2018-ci ildə başlanılıb, həmin il 712 ədəd avtomobil istehsal edilmişdisə, 2023-cü ildə bu rəqəm 4 233 təşkil edib. Bu, ötən illə müqayisədə təqribən 109% artım deməkdir.
OXŞAR XƏBƏRLƏR