Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək

SİYASƏT
16:37 20.05.2013
1971

Mayın 25-i, saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şirvan şəhərində və Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. AZXEBER.COM Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected]/* */ elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

OXŞAR XƏBƏRLƏR