Mikayıl Cabbarovdan gizlədilən kadr siyasəti - Bakı Şəhəri üzrə Təhsil İdarəsində nə baş verir?!

SOSİAL
13:34 13.12.2016
8351
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti barədə maraqlı məlumat daxil olub: "Təhsil Nazirliyinin tabeçiliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi demək olar ki, məktəblərə nəzarəti itirib. Elə bu səbəbdən də Misir Mərdanovun nüfuzu durmadan artır. Adıçəkilən idarəyə rəhbərliyi Ceyhun Bayramovla Məhəbbət Vəliyeva həyata keçirirlər. Bu idarənin əsas simalarından biri Rəşad Tağıyevdir. O, Bakı Dövlət Universitetini Hüquqşünas ixtisası üzrə bitirib. 2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. İndi baxın Rəşad Tağıyev hara, Bakı şəhəri üzrə Təhsil İdarəsi hara?" 

Məlumatda bildirilir ki, bu şəxsin məktəb direktorlarının təyinatında həlledici rolu var:

"Məsələn, 162 saylı tam orta məktəbə direktor təyin olunmuş Sevinc Abbasova 1-cə gün də olsun sinif rəhbəri olmayıb. Bu direktorun 11-ci sinifdə adı coğrafiya müəllimi kimi getsə də əvəzinə dərsləri başqaları deyir. Bu məktəbdə "Rus dili və Ədəbiyyatı”, "Azərbaycan ədəbiyyatı” müəllimi Şəhla Abbasova sentyabrdan bəri bir gün də olsun dərsə girməyib. Rəşad Tağıyevin İdarədə Yaqut Məmmədova adlı kadrı var. Bakı məktəblərinin hansında direktor vəzifəsi boşalırsa, onu müvəqqəti olaraq ora direktor əvəzi göndərirlər. Rəşad Tağıyev onun qızı Nihal Hacıyevanı isə 247 saylı məktəbə direktor göndərib”.

Göründüyü kimi, bir qrup şəxs Bakı məktəblərini istədikləri kimi "idarə” etməklə haqlı narazılıqlar yaradırlar. Görünür, hörmətli nazir Mikayıl Cabbarovun bu işlərin çoxundan xəbəri yoxdur.

//Moderator.az 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:44 27.10.2021

Türkiyədə koronavirusa yoluxanların sayı açıqlandı

00:28 27.10.2021

Saatlı sakinlərindən 3 kilodan çox narkotik götürülüb

23:49 26.10.2021

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır - FOTOLAR

23:36 26.10.2021

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

23:34 26.10.2021

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib - FOTO

23:25 26.10.2021

“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

22:57 26.10.2021

“Türk ulduzları”ndan möhtəşəm şou - VİDEO

22:33 26.10.2021

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

22:30 26.10.2021

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

22:22 26.10.2021

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər

22:02 26.10.2021

ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

21:37 26.10.2021

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

21:31 26.10.2021

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib - FOTO

21:11 26.10.2021

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

21:05 26.10.2021

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

20:54 26.10.2021

Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”