Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.
Bu barədə AZXEBER.COM-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu ilə görüş nəzərdə tutulub.
Bundan başqa, nümayəndə heyəti Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına, eləcə də kənd təsərrüfatı sahəsində yüksək texnologiya şirkətlərinə də baş çəkəcək.











































