Mikayıl Cabbarovun yeni müavininin adı bəlli oldu

SİYASƏT
11:07 14.08.2013
2828
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Ceyhun Bayramov təhsil nazirinin müavini təyin olunub. 
AZXEBER.COM Təhsil Nazirliyinin sayına istinadən verdiyi xəbərə görə, Ceyhun Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.
Yeni təyinatla bağlı Təhsil Nazirliyində toplantı keçirilib. Təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edib.

OXŞAR XƏBƏRLƏR