Azərbaycanda mikroavtobus süpürgəçiləri vurdu - Ölən və yaralanan var

SOSİAL
12:04 26.03.2023
1240
Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

Onlardan biri - 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib.

Digər qadın ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR