"Milan" danimarkalı yarımmüdafiəçini transfer etmək istəyir

"Milan" danimarkalı yarımmüdafiəçini transfer etmək istəyir
İDMAN
01:39 08.05.2025
895
İtaliyanın "Milan" komandası A Seriyasının digər təmsilçisi "Cenoa”dan ayrılması gözlənilən Morten Frendrupu transfer etmək istəyir.

Danimarkalı yarımmüdafiəçi cari mövsümün sonunda 20 milyon avro qarşılığında başqa kluba satıla bilər.

Bu mənada, "Milan" klubu 24 yaşlı oyunçunu sıralarına cəlb etməkdə maraqlıdır.

Qeyd edək ki, Morten Frendrup 2022-ci ildən "Cenoa"da çıxış edir.
OXŞAR XƏBƏRLƏR